"Qələbəyə biz layiq idik"
İngiltərə Liqa Kubokunda "Stok Siti"yə penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandıran "Çelsi"nin baş məşqçisi Joze Mourinyo maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını bildirb:
"Biz gözəl oyun nümayiş etdirdik. Təəssüf ki, bu özünü hesabda göstərmədi. Çoxlu qol epizodlarımız oldu və bunları dəyərləndirə bilmədik. Biz qələbəyə layiq idik. Biz ötən mövsüm çempion olanda insanlar "nəticədən də vacib amillər var" deyirdilər. İndi isə "nəticə vacibdir" deyirlər".
Qeyd edək ki, "Çelsi" Liqa Kubokunun 1/8 final mərhələsində "Stok Siti" ilə 1:1 hesablı heç-heçə edib və penaltilər seriyasında məğlub olub.
saytlarin hazirlanmasi