"Aston Villa"nı 49 yaşlı mütəxəssis çalışdıracaq
Tim Şervudla yollarını ayıran "Aston Villa"nın yeni baş məşqçisi açıqlanıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Birmingem təmsilçisi fransız mütəxəssis Remi Guarda həvalə olunub. 49 yaşlı çalışdırıcı ilə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, Remi Guard 2011-14-cü illərdə "Lyon"u çalışdırb və komandaya Fransa Kubokunu və Superkubokunu qazandırıb.
saytlarin hazirlanmasi