3 qolla 3 xal
İngiltərə Premyer Liqasında 11-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun son görüşündə "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqibi olan "Tottenhem" doğma meydanda "Aston Villa"nı qəbul edib.
London təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində Musa Dembele, Dele Ali və Hari Keyn fərqlənib. Birmingem təmsilçisinin yeganə qolunu Cordan Eyu vurub.
Qeyd edək ki, "Tottenhem" 11 turdan sonra Premyer Liqada 20 xal toplayıb və 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi