Baş məşqçi haqda yeni iddia
İngiltərə Premyer Liqasının 12-ci turunda "Stok Siti"yə 0:1 hesabı ilə uduzan "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun komandadakı gələcək taleyi qeyri-müəyyən olaraq qalır.
Sportal.az xəbər verir ki, bu məğlubiyyətdən sonra London klubunun prezidenti Roman Abramoviçin portuqaliyalı mütəxəssisə güvənmədiyi və onun "Çelsi"dəki gələcəyi barədə heç bir zəmanət vermədiyi iddia edilib. J.Mourinyo ən azı noyabrın 21-də Premyer Liqanın növbəti turunda keçiriləcək "Norviç"lə matça qədər vəzifəsində qalacaq.
Qeyd edək ki, "Çelsi" Premyer Liqanın geridə qalan 12 turundan sonra 11 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi