Vardiyə rekord hədiyyəsi

15:25 - 29 Noyabr 2015

Klub rəhbərliyi futbolçusuna biganə qalmadı
 
Xəbər verdiyimiz kimi İngiltərə Premyer Liqasının XIV turunda "Mançester Yunayted”lə oyunda fərqlənən "Lester”in forvardı Ceymi Vardi Premyer Liqada yeni rekord müəyyənləşdirib. O, Premyer Liqada 11 ardıcıl oyunda fərlənməklə rekordçu olub. 
 
Sportal.az xəbər verir ki, Vardinin bu rekorduna klub rəhbərliyi də biganəqalmayıb. Belə ki, oyundan sonra "9” nömrəli futbolçuya "11” nömrəli futbolka hədiyyə olunub. Bu isə oyunun rekordunun nömrəsi deməkdir.
 
Qeyd edək ki, Vardi Premyer Liqada geridə qalan XIV tur ərzində 14 qol vurmağı bacarıb.

Xəbər xətti