"Qarabağ"ın rəqibi hücumçusu ilə müqavilə yeniləyəcək

14:22 - 30 Noyabr 2015

Maaş artırılacaq

 

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Tottenhem" hücumçusu Harri Keynlə yeni müqavilə imzalaya bilər.

 

Sportal.az xəbər verir ki, London klubu hazırda aylıq 35 min avro qazanan 22 yaşlı futbolçuya yeni müqavilədə yüksək maaş vəd edib. 

 

Qeyd edək ki, bu ilin fevral ayında "Tottenhem"lə 5,5 illik müqavilə imzalayan Keyn cari mövsüm çıxdığı 13 matçda 8 qol vurub.

Xəbər xətti