"Liverpul"a şad xəbər

18:40 - 30 Noyabr 2015

Zədəsini sağaltdı

 

“Liverpul” klubu Con Flanaqandan şad xəbər alıb.

 

Sportal.az xəbər verir ki, “Liverpul”un futbolçusu Con Flanaqan zədəsini sağaldıb və məşqlərə başlayıb. Ötən mövsümün ortalarında zədələnən 22 yaşlı müdafiəçinin Premyer Liqanın 15-ci turu çərçivəsində "Nyukasl"la keçiriləcək matça hazır olacağı gözlənilir.

 

 

Qeyd edək ki, “Nyukasl” – “Liverpul" matçı 6 dekabr saat 20:00-da baş tutacaq.

Xəbər xətti