Vardinin rolunu Pettinson canlandıracaq
İngiltərə Premyer Liqasında mübarizə aparan “Lester Siti”nin hücumçusu Ceymi Vardi gündəmdən düşmək bilmir.
Sportal.az xəbər verir ki, hazırda Premyer Liqanın bombardiri olan Vardinin həyatı haqda Hollivuda film çəkməyə hazırlaşırlar. 28 yaşlı hücumçunun obrazını 29 yaşlı ingilis aktyor Robert Pettinson canlandıracaq.
Xatırladaq ki, Ceymi Vardi Premyer Liqada 11 ardıcıl oyunda fərqlənən ilk oyunçu olub.
saytlarin hazirlanmasi