"Mançester Siti"nin səhmlərinin 13 faizi satıldı

22:31 - 1 Dekabr 2015

Çin şirkətlərinə satıldı
 
İngiltərə Premyer Liqasında mübarizə aparan "Mançester Siti" klubunun səhmlərinin 13 faizi satılıb.
 
Sportal.az xəbər verir ki, ərəb milyarder Şeyx Mənsurun sahib olduğu klub altı ay baş tutan danışıqlardan sonra səhmlərin 13 faizini Çinin CMC və CITIC şirkətlərinə 265 milyon funt-sterlinq qarşılığında satıb.
 
Maraq üçün bildirək ki, Şeyx Mənsur 6 il öncə 265 milyon funt-sterlinqə "Mançester Siti" klubunun bütün səhmlərini almışdı.

Xəbər xətti