Mourinyo: "Hədəfimiz dəyişdi"

02:00 - 6 Dekabr 2015

"İlk "altılıq" uğrunda mübarizə aparırıq" 
 
"Bu nəticədən təbii ki, narazıyam. "Çelsi" Premyer Liqada qalmaq üçün mübarizə aparmayacaq. Bu bizim üçün problem deyil. Hədəfimiz ilk "dördlük" idi. Artıq bu belə deyil. İlk "altılıq" üçün mübarizə aparacağıq".
 
Sportal.az xəbər verir ki, bu sözləri İngiltərə Premyer Liqasının 15-ci turunda "Börnmut"a 1:0 hesabı ilə məğlub olan "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo söyləyib.
 
Təcrübəli mütəxəssis görüşün baş hakimindən narazı qalıb:
 
"Referi ciddi səhvlərə yol verdi. Epizodların birində açıq-aşkar əllə oyun var idi, amma hakim penaltimizi vermədi. Buraxdığımız qolda isə oyundankənar vəziyyət var idi. Ancaq bu futboldu. Futbolda xətalar da olmalıdı".
 
Qeyd edək ki, "Çelsi" 15 turdan sonra 15 xal toplayıb və Premyer Liqanın 14-cü pilləsində qərarlaşıb.

Xəbər xətti