6 həftə yaşıl meydanlardan uzaq qalacaq
İngiltərə Premyer Liqasında mübarizə aparan "Uest Hem" klubu ciddi itki ilə üzləşib.
Sportal.az "talkSPORT"a istinadən xəbər verir ki, "Uest Hem"in yarımmüdafiəçisi Manuel Lanzininin durumuna aydınlıq gəlib. Məlumatda bildirilir ki, London təmsilçisinin futbolçusu 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, "Uest Hem"in heyətində Dimitri Payet, Diafra Saxo və Enner Valensiya da zədədən əziyyət çəkirlər.
saytlarin hazirlanmasi