"Vardi və Mahrezi transfer etməyə heç bir klubun pulu çatmaz"

17:11 - 15 Dekabr 2015

"Komandada qalacaqlar"
 
İngiltərə Premyer Liqasında mübarizə aparan "Lester Siti"nin baş məşqçisi Klaudio Ranyeri komandanın əsas futbolçuları hesab edilən Riyad Mahrez və Ceymi Vardi haqda yayılan transfer şayiələrinə münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis hər iki futbolçunun komandada qalacağını vurğulayıb:
 
"Vardi və Mahrez komandada qalacaqlar. Çünki bu futbolçuları transfer etməyə heç bir klubun pulu çatmaz".
 
Xatırladaq ki, "Lester Siti" 16 turdan sonra 35 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir.

Xəbər xətti