Aquero bu oyunda meydanda olacaq
	 
	"Mançester Siti"nin hücumçusu Serxio Aquero zədəsini sağaldıb.
	 
	Sportal.az xəbər verir ki, argentinalı futbolçu artıq komanda ilə məşqlərə də başlayıb. İngiltərə Premyer Liqasının 14-cü turunun "Sauthempton"la görüşündə zədələnən 27 yaşlı futbolçunun bazar günü "Arsenal"la keçiriləcək oyunda iştirak edə biləcəyi gözlənilir.
	 
	Qeyd edək ki, "Arsenal" - "Mançester Siti" oyunu dekabrın 21-də keçiriləcək.
                      
saytlarin hazirlanmasi