Klub rəhbərliyinin qərarı ilə
İngiltərənin "Çelsi" klubu baş məşqçi Joze Mourinyonu istefaya göndərib.
Sportal.az xəbər verir ki, bu gün klub rəhbərliyinin keçirdiyi iclasdan sonra bu barədə qərar qəbul olunub. "Çelsi"nin bu mövsüm uğursuz çıxışına görə 52 yaşlı mütəxəssislə yollar ayrılıb.
Qeyd edək ki, "zadəganlar" hazırda 16 turdan 15 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi