"Mahrez satılsa, bu, axmaqlıq olar"

18:16 - 22 Dekabr 2015

"Ən azı, mövsümün sonuna kimi klubda qalmalıdır"
 
İngiltərə Premyer Liqasında əla mövsüm keçirən "Lester Siti"nin ulduz futbolçusu Riyad Mahrezin meneceri Kamal Benquqam "The Guardian"a açıqlama verib.
 
Sportal.az xəbər verir ki, əlcəzairli futbolçunun meneceri Mahrezin yanvarda komandana getməyəcəyini söyləyib:
 
"Fikrimcə, "Lester Siti" Mahrezi satmayacaq. Ən azı, mövsümün sonuna kimi klubda qalmalıdır. Mahrez satılsa, bu axmaqlıq olar. O, komandadan ayrılmayacaq".
 
 
Xatırladaq ki, Riyad Mahrez bu mövsüm "Lester Siti"nin heyətində 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xəbər xətti