Lui Van Qal mətbuat konfransında əsəbləşdi: "Artıq yerimə Mourinyonu təyin etmisiniz"

21:02 - 23 Dekabr 2015

"Medyadan dəstək görmürəm"
 
"Mançester Yunayted" klubunun baş məşqçisi Lui Van Qal "Stok Siti" ilə matçöncəsi mətbuat konfransı keçirib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis yenidən lider olacaqlarına inandığını söyləyib:
 
"Hazırda vəzyətimiz elə də yaxşı deyil. Bu durumdan çıxmalıyıq. Oyunçularla təcili toplanış etdik. Bütün problemləri aradan qaldırmaq lazımdı. 4 tur əvvəl turnir cədvəlinə başçılıq edirdik. Amma indi tam əksinədir. İnanırıq ki, 4 turdan sonra yenidən lider olacağıq"
 
Hollandiyalı mütəxəssis istefa verəcəyi barədə verilən suala əsəbləşib və mətbuat konfransını yarımçıq tərk edib:
 
"Mən medyadan heç vaxt dəstək görmədim. Sanki burda əyləşənlərdən üzr istəməliyəm. Yazdıqlarınızı oxudum və mən qovulacam? Artıq yerimə Mourinyonu da təyin etmisiniz. Mən sizlərin qarşısına məcburiyyətdən çıxıram. Çünki Premyer Liqanın qaydaları bunu tələb edir".
 
Xatırladaq ki, "Mançester Yunayted" 17 turdan sonra 29 xalla Premyer Liqanın 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti