Yenidən zədələndi
Premyer Liqanın XVIII turu çərçivəsində doğma meydanda "Sanderlend"i 4:1 hesabı ilə məğlub edən "Mançester Siti"nin heyətində itki baş verib.
Sportal.az xəbər verir ki, uzun müddətdir əziyyət çəkən "şəhərlilər"in kapitanı Vensan Kompani matçın 61-ci dəqiqəsində meydana daxil olsa da, 9 dəqiqə sonra zədələnərək oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, Kompaninin hansı müddətə sıradan çıxdığı hələlik bəlli deyil.
saytlarin hazirlanmasi