"Mətbuat bunu istəsə də..."
İngiltərə Premyer Liqasının 19-cu turunda keçirilən "Mançester Yunayted" - "Çelsi" (0:0) matçından sonra "Qırmızı şeytanlar"ın baş məşqçisi Lui van Qaal maraqlı fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, istefa verməsi gözlənilən hollandiyalı mütəxəssis bunları qeyd edib:
"Futbolçularımın üzərində bu qədər təzyiq olmasına baxmayaraq, onlar belə mübarizə aparırlarsa, istefa verməm üçün heç bir səbəb yoxdur. Ola bilər ki, mətbuat mənim komandadan getməyimi istəyir, ancaq istefa verməyəcəm".
saytlarin hazirlanmasi