David Ospina ayrılmaq fikrindədir
	 
	"Arsenal" klubu qolkiperi David Ospina ilə yolları ayıra bilər.
	 
	Sportal.az "Daily Express" qəzetinə istinadən xəbər verir ki, bu mövsüm 3 matçda forma geyən Ospinanın komandada xoşbəxt olmadığı bildirilir. Petr Çexin gəlişindən sonra əsas heyətdə yerini itirən 27 yaşlı qolkiper "Arsenal"ı tərk etmək fikrindədir.
	 
	Qeyd edək ki, David Ospina 2014-cü ildən "topçular"ın şərəfini qoruyur.
                      
saytlarin hazirlanmasi