"Bu il mənim futbolçu karyeramda sonuncu il olacaq"
“Liverpul”un canlı əfsanəsi Stiven Cerrard karyerasını başa vuracağı tarixi açıqlayıb.
Sportal.az xəbər verir ki, ulduz futbolçu bu il peşəkar karyerasına son qoyacaq. Hazırda ABŞ-ın MLS liqasında mübarizə aparan “Los Anceles Qalaksi” klubunun şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi karyerasını başa vurub, məşqçilik kurslarına yazılacağını bildirib: "Dəqiq tarix deyə bilmərəm, amma yəqin ki, bu il mənim futbolçu karyeramda sonuncu il olacaq. Mən Kloppla danışdım. “Liverpul” mənim geri dönüşümə razıdır. İlin sonunda doğma komandamda təcrübə toplaya bilərəm. Həmin vaxt məşqçi kurslarında da iştirak etməyi düşünürəm".
Qeyd edək ki, 35 yaşlı futbolçu 17 il “Liverpul”un şərəfini qoruyub.