"Liverpul" 3 qolla mərhələ adladı VİDEO

10:28 - 21 Yanvar 2016

"Ekseter Siti"ni məğlub edib

 

İngiltərə Federasiya kubokunda 1/32 finalmərhələsinin cavab görüşləri keçirilir.

 

Sportal.azxəbər verir ki,  "Liverpul" doğma meydanda "Ekseter Siti" ilə qarşılaşıb. Matç Yurgen Kloppun yetirmələrinin 3 – 0 hesablı qələbəsi ilə başa çatıb. "Liverpul" bu qələbə sayəsində adını 1/16 finala yazdırıb.

 

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk matç 1 – 1 hesablı bərabərliklə başa çatmışdı.

 

"Liverpul" - "Ekseter Siti" 3:0

QOLLAR: Joe Allen, 10, Şeyi Ojo, 74, Joao Karlos, 82

 

Xəbər xətti