"Yanvarda komandadan ayrılmayacaq"
"Mançester Siti" yarımmüdafiəçisi Yaya Ture mövsümün sonunda komandanı tərk edə bilər.
Sportal.az xəbər verir ki, bu haqda kot-d-ivuarlı futbolçunun meneceri Dimitri Seluk jurnalistlərə verdiyi açıqlamasında söyləyib:
"Ture yanvarda komandanı tərk etməyəcək. Lakin mövsümün sonunda ayrılıq baş verə bilər. Mövsümün sonunda Turenin komandadan ayrılmaq ehtimalı 90 faiz olacaq. Yaya Ture üçün gələcək təklifləri dəyərləndirəcəyik".
Qeyd edək ki, 32 yaşlı futbolçu 2010-cu ildən "şəhərlilər"in şərəfini qoruyur.
saytlarin hazirlanmasi