"Qapımızda 4 qol görmək yaxşı hal deyil"
İngiltərə Premyer Liqasının 23-cü turunda "Norviç Siti"ni səfərdə 5:4 hesabı ilə məğlub edən "Liverpul"un baş məqşçisi Yurgen Klopp oyun haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi müdafiədəki boşluqlardan əziyyət çəkdiklərini vurğulayıb:
"Mən və köməkçilərim belə anlar çox yaşamışıq. Qapımızda 4 qol qol görmək yaxşı hal deyil. Ən böyük axmaqlıq isə standard vəziyyətlərdən qol buraxmaqdır. Buna baxmayaraq, qələbə qazandıq. 3-cü qoldan sonra daha yaxşı oynadıq. Bu matçda işığı görməyə çalışan dovşanlar kimi idik".
90+5-ci dəqiqədə vurulan qolun sevincini yaşayarkən eynəyini sındırıan Klopp həmin epizodla bağlı belə danışıb:
"Həmişə iki eynəyim olurdu. Belə vəziyyət yarananda digər eynəyimi tapa bilmədim. Eynəyim olamdan digər eynəyimi tapmaq çətindir".
saytlarin hazirlanmasi