"Messi ilə 17 yaşında olarkən razılaşmışdıq"

21:21 - 27 Yanvar 2016

"Bu transfer son anda baş tutmadı"
 
"Tottenhem"in baş məşqçisi Mauriso Poçettino "Espanyol"da çıxış etdiyi zaman Lionel Messini transfer etməyə yaxın olduqlarını bildirib.
 
Sportal.az "FOX Soccer"ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis bu transferin son anda baş tutmadığını bildirib:
 
"Mən "Espanyol"da oynadığım zaman Lionel Messinin transferində razılığa gəlmişdik. O zaman Lionel Messinin 17 yaşı var idi. Amma son anda bu transfer gerçəkləşmədi. Messini transfer etməyə çox yaxın idik".
 
Xatırladaq ki, Poçettino 1994-2006-cı illərdə "Espanyol"un şərəfini qoruyub və 2009-2012-ci illərdə baş məşqçisi olub.

Xəbər xətti