"Kristal Pelas" haqda məlumat toplayacam"
Emmanuel Adebayorun "Kristal Pelas"a transfer olduğu haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, toqolu forvard yeni komandası ilə bağlı maraqlı açıqlama verib:
"Özümü yenidən sübut etmək istəyirəm. Mənə təkliflər çox idi. Amma mən Premyer Liqanı üstün tutdum. Sözün düzü, yeni klubumla bağlı çox məlumatım yoxdu. "Google"da mütləq axtarış edəcəm və "Kristal Pelas" haqda məlumat toplayacam".
Qeyd edək ki, Adebayor London təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
saytlarin hazirlanmasi