De Bruynenin durumuna aydınlıq gəldi

21:10 - 28 Yanvar 2016

6 həftəlik sıradan çıxdı
 
İngiltərə Liqa kubokunun yarımfinal matçında "Everton"la matçda zədələnən "Mançester Siti"nin futbolçusu Kevin de Bruynenin durumuna aydınlıq gəlib.
 
Sportal.az "Eurosporta"a istinadən xəbər verir ki, belçikalı futbolçunun durumu ciddidir. 24 yaşlı yarımmüdafiəçi 6 həftəlik sıradan çıxıb.
 
Qeyd edək ki, Kevin de Bruyne bu mövsüm Premyer Liqada 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xəbər xətti