"Çelsi" braziliyalı hücumçunu ictimaiyyətə təqdim etdi FOTO

01:35 - 30 Yanvar 2016

"Arzum gerçək oldu"
 
"Çelsi"nin Aleşandre Patonu "Korintians"dan icarəyə götürdüyünü xəbər vermişdik.
 
Sportal.az xəbər verir ki, "Çelsi" braziliyalı forvardı ictimaiyyətə təqdim edib. Pato "Çelsi"yə keçməklə arzusunu reallaşdırdığını bildirib:
 
"Arzum gerçək oldu. "Çelsi"yə gəldiyim üçün çox sevincliyəm. Yeni komanda yoldaşlarımla tanış olmaq və debüt oyunumu keçirmək üçün səbrsizlənirəm".
 
Qeyd edək ki, Pato mövsümün sonuna qədər "Çelsi"də çıxış edəcək.
 

Xəbər xətti