Müqaviləsi 2019-cu ilə qədər uzadılacaq
"Lester Siti" hücumçusu Ceymi Vardi ilə müqaviləni uzatmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, "tülkülər" 29 yaşlı forvarda yeni müqavilə təklif edib. Premyer Liqa təmsilçisi hücumçunun həftəlik məvacibini 20 min funt-sterlinq artıraraq 60 min funt-sterlinq edəcək. Ceymi Vardi ilə 2019-cu ilə qədər yeni müqavilə imzalanacaq.
Xatırladaq ki, Vardi 2012-ci ildən "Lester Siti"də çıxış edir və bu mövsüm Premyer Liqada 16 qol vurub.
saytlarin hazirlanmasi