Həftəlik 80 min funt sterlinq
İngiltərə Premyer Liqasında mövsümün sürpriz komandası sayılan "Lester”də yeni müqavilə rəsmiləşib.
Sportal.az xəbər verir ki, "tülkülər” bombardiri Ceymi Vardi ilə müqavilə müddətini artırıb. 2012-ci ildən komandanın uğurları üçün çalışan futbolçu yeni müqavilənin şərtlərinə görə, 2019-cu ilin yayına qədər komandasının şərəfini qoruyacaq. Həftəlik 40 min funt sterlinq qazanan Vardi yeni müqaviləyə əsasən, həftəyə 80 min funt qazanacaq.
Qeyd edək ki, Vardi İngiltərə Premyer Liqasının rekordçusudur. O,bu mövsüm ardıcıl 11 oyunda qol vurmaqla bu adı qazanıb. Vardi ardıcıl 11 oyunda qol vurmaqla Rud Van Nisterloyu geridə qoymuşdu.
saytlarin hazirlanmasi