"Arsenal"da çalışacaq
Fransa milli komandasının və "Arsenal"ın sabiq üzvü Tyerri Anrinin yeni iş yeri bəlli olub.
Sportal.az xəbər verir ki, 38 yaşlı veteran futbolçu "Arsenal”da çalışacaq. O, London klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Anri futbolçu karyerası ərzində "Monako”, "Yuventus”, "Arsenal”, "Barselona” və "Nyu York Red Bulls” kimi komandalarda forma geyinib.
saytlarin hazirlanmasi