Kosta da oyunlara maska ilə çıxacaq

22:45 - 12 Fevral 2016

Məşq zamnı burnu sındı
 
"Çelsi"nin hücumçusu Dieqo Kostanın məşq zamanı burnu sınıb.
 
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, məşq zamanı burnu qırılan futbolçu sabah "Nyukasl"la matçda oynaya biləcək. Komandanın baş məşqçisi Quus Hiddink jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Dieqo Kosta mövsümün qalan hissəsini maska ilə oynayacaq:
 
"Kosta "Nyukasl"la matçda iştirak edəcək, amma O, xüsusi maskadan istifadə edəcək. Artıq komandamız "Zorro" klubu olub. Oyunlara artıq üç futbolçumuz maska ilə çıxacaq".
 
Qeyd edək ki, "Çelsi" - "Nyukasl" matçı sabah Bakı vaxtı ilə 21:30-da baş tutacaq.

Xəbər xətti