AVRO-2016-nın qalibi məlum oldu

02:00 - 14 Fevral 2016

İspaniya Rusiyanı məğlub etdi
 
Futzal üzrə AVRO-2016-nın final görüşü keçirilib.
 
Sportal.az xəbər verir ki, Serbiyada təşkil edilən turnirin finalında milli komandamızı 1/4 final mərhələsində mübarizədən kənarlaşdıran Rusiya yığması ilə İspaniya üz-üzə gəlib. Rusiya millisini 7 - 3 hesabı ilə məğlub edən İspaniya Avropa Çempionatının qalibi olub.
 
3-cü yer uğrunda qarşılaşmada Serbiyanı 5 - 2 hesabı ilə məğlub edən Qazaxıstan millisi bürünc medallara sahib olub.

Xəbər xətti