2 günlük istirahət
Ötən gün Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə əzəli rəqibi "Neftçi"yə minimal hesabla məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" bu gün və sabah istirahət edəcək.
Fevralın 16-da doğma şəhərdə yenidən bir araya gələcək komanda qarşıdakı günlər ərzində Lənkərandakı bazasında hazırlaşacaq. Fevralın 20-də isə cənublular oyunöncəsi son məşqini keçirəcəklər.
Qeyd edək ki, “Xəzər Lənkəran” növbəti tur fevralın 21-də doğma eydanda “Zirə”ni qəbul edəcək. (12cioyuncu.info)