"Oyunun ədalətli nəticəsi heç-heçə idi"
"Maralı oyun oldu. "Qarabağ"ı təbrik edirəm. Həm azarkeşlər, həm də Premyer Liqa üçün səviyyəli oyun alındı".
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz" - "Qarabağ" (1 - 2) matçından sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev "CBC Sport" kanalına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis bəxtsizlikdən şikayətlənib: "Bəxtimiz gətirmədi. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Buna baxmayaraq, futbolçulara təşəkkür edirəm. Növbəti oyunlarda səhvlər etməməyə çalışacağıq".
Şahin Diniyev "Kəpəz"in avrokuboklara vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: "Qarşıda hələ 15 tur var. 3 xallıq sistemdə hər şey ola bilər. 2-3 oyun turnir cədvəlində komandaların yeri dəyişəcək. İlk dörd pillə uğrunda 8 komanda mübarizə aparır. Avroliqaya vəsiqə qazanaq üçün istəkliyik, bunu gizlətmirəm. Amma indidən bu haqda danışmaq tezdir".