"Son 3 matçda qol vura bilmirik"
"Qəbələ" - "Sumqayıt" (1:0) matçından sonra qonaqların baş məşqçisi Samir Abasov oyunla bağlı fikirlərini "CBC Sport" kanalına bildirib:
Sportal.az xəbər verir ki, gənc mütəxəssis toparlanacaqlarını söyləyib:
"Bu gün bütünlükdə müdafiədə oynamağımızın səbəbi odur ki, həm rəqib güclü idi, həm də səfərdə çıxış edirdik. Ümumilikdə, bizdə əks-hücumda oynamaq alınır. Amma son 3 matçda qol vura bilmirik. Biz yaxşı komandayıq, toparlanıb qələbə qazanacağıq".
saytlarin hazirlanmasi