Millimiz Hollandiya ilə harda qarşılaşacaq?

13:36 - 15 Fevral 2016

Məkan bəllidir

 

Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək Hollandiya – Azərbaycan matçının baş tutacağı məkan bəlli olub.

 

Sportal.az xəbər verir ki, martın 22-si baş tutacaq matç Almere şəhərinin “Topsportsentrum” idman qurğusunda təşkil olunacaq. 

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu aprelin 12-də baş tutacaq.

Xəbər xətti