Matip Premyer Liqada
"Liverpul" heyətini bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Şalke" klubunun futbolçusu Joel Matipi heyətinə qatıb. Bu barədə alman klubunun rəsmi saytından məlumat verilib. Matip mövsüm başa çatdıqdan sonra "Liverpul"a keçəcək.
Mövsümün sonunda müqaviləsi başa çatacaq kamerunlu futbolçu üçün "Liverpul" Bundesliqa təmsilçisinə təzminat ödəməyəcək.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi "Şalke" forması ilə meydana çıxdığı 26 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi