"Hər şeyi mövsümün sonunda görəcəyik"
"Gözlədiyimiz kimi ağir oyun oldu. "Rəvan" döyüşkən komandadı. Qol imkanlarımızın çoxundan istifadə edə bilmədik. Bunun üzərində çox işləməliyik".
Sportal.az xəbər verir ki, bu fikirləri "Rəvan" üzərində 2 - 1 hesablı qələbə ilə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Adil Şükürov səsləndirib.
39 yaşlı çalışdırıcı zədələnərək meydanı erkən tərk edən Elvin Məmmədovun durumuna sabah aydınlıq gələcəyini deyib: "Elvinin zədəsi haqda hələ heç nə dəqiq bilinmir. Sabah aydınlıq gələcək".
Şükürov "Zirə"nin çempionluq şanslarından da danışıb: "Bütün klublar istəyir ki, birinci olsun. Biz də çalışırıq ki, "Qarabağ"a çataq və onları keçək. Hər şeyi mövsümün sonunda görəcəyik. İkinci pillədəyiksə niyə də çempionluğa oynamayaq?"
saytlarin hazirlanmasi