"Xəzər Lənkəran" yenidən başladı

11:43 - 16 Fevral 2016

İstirahət bitdi

 

“Xəzər Lənkəran” iki günlük istirahətini yekunlaşdıraraq bir araya gəlib.

 

Sportal.az xəbər verir ki, komanda doğma şəhərdə bu gün səhər saat 10:00-da toplanıb. Toplandıqdan bir saat sonra başlayan məşqlə isə “ağ-yaşıllar” çempionatın növbəti turunun hazırlıqlarına start verib.


Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXII turunda “Fırtınalar meydanı”nda fevralın 21-i saat 14:00-da “Zirə” klubunu qəbul edəcək. (12cioyuncu.info)

Xəbər xətti