"Kəpəz" 85 gün sonra xalsız qaldı

12:21 - 16 Fevral 2016

Gəncə təmsilçisinin "7"ləri

 

Azərbaycan Premyer Liqasının XXI turu “Kəpəz”in məğlubiyyətsiz oyunlar seriyasının qırılması ilə nəticələnib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, öz meydanında “Qarabağ”a 1:2 hesabı ilə yenilən Gəncə təmsilçisi bunadək 7 tur meydanı xalsız tərk etməmişdi. Ötən il noyabrın 21-də səfərdə Ağdam klubuna 0:3 hesabı ilə uduzan Şahin Diniyevin yetirmələri 85 gündən sonra xalsız qaldı. “Qarabağ”a uduzduqları iki oyun arasındakı dövrdə qərblilər 4 qələbə qazanıb, 3 heç-heçə edib.

 

“Kəpəz”in evdəki məğlubiyyətsizlik seriyası da 7-də dayanıb. Cari mövsüm ilk ev yenilgisini “Qarabağ”dan alan qərblilər ikinci məğlubiyyətinə də eyni komanda ilə matçda üzülüb. Sentyabrın 20-də 2:3 hesabı ilə uduzan gəncəlilər 147 gündə evdə keçirdiyi matçlarda 4 qələbə əldə edib. 

Xəbər xətti