"Kəpəz" dəniz kənarını seçdi

19:04 - 16 Fevral 2016

"İnter"lə matçın hazırlığına start verilib

 

“Kəpəz” bu gündən Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə qarşılaşacağı “İnter” ilə oyunun çalışmalarına başlayıb.


Sportal.az klubun saytına istinadən xəbər verir ki, Bakıda məşq edən komandanın ilk hazırlığı dəniz kənarında baş tutub.

 

Məşq planına əsasən, sabah “sarı-göylər” “Dalğa Arena”da məşq edəcəklər. Paytaxt klubu ilə oyundan öncəki hazırlıq prosesi isə görüşün keçiriləcəyi “İnter Arena”da olacaq.

 

Qeyd edək ki, “İnter” – “Kəpəz” matçı fevralın 19-u saat 15:00-da başlayacaq.

Xəbər xətti