Falkao üçün Çin açıqlaması: "Tanrı icazə versə..."

21:39 - 16 Fevral 2016

"Çelsi üçün mübarizə aparacaq"
 
"Çelsi"nin hücumçusu Radamel Falkaonun atası Radamel Qarsiya Kolumbiya mətbuatına oğlunun transfer məsələsindən danışıb.
 
Sportal.az xəbər verir ki, Radamel Qarsiya 30 yaşlı hücumçunun Çin klublarına getməyəcəyini bildirib:
 
"Oğlum Çin klublarına getməyəcək. Hazırda zədəlidir. O, "Çelsi" üçün savaşmağa davam edəcək. Tanrı icazə versə, yenidən yaşıl meydanlara qayıdacaq. O, zədəsini tezliklə sağaldacaq".
 
Xatırladaq ki, "Çelsi" Radamel Falkaonu "Monako"da icarəyə götürüb.

Xəbər xətti