"Milan"ın daha bir futbolçusu Amerikaya üz tutdu

00:33 - 17 Fevral 2016

Antonio Noserino ilə yollar ayrıldı
 
"Milan" klubu yarımmüdafiəçisi Antonio Noserino ilə yolları ayırıb.
 
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu artıq özünə yeni klub tapıb. İtaliyalı futbolçu MLS liqasında mübarizə aparan "Orlando Siti" klubuna keçib.
 
Xatırladaq ki, "Milan"ın digər futbolçusu Naycel de Yonq MLS-da çıxış edən "Los Anceles Qalaksi"yə transfer olmuşdu.

Xəbər xətti