"Ona hörmətim böyükdür"
Avropa Liqasının 1/16 final mərhələsinin "Fənərbağça" - "Lokomotiv" Moskva matçında maraqlı hadisə baş verib.
Sportal.az xəbər verir ki, oyun başa çatdıqdan sonra "Lokomotiv"in futbolçusu Dmitri Tasarov üzərində Putinin şəkli və "ən nəzakətli prezident" yazılı köynəyini nümayiş etdirib. 28 yaşlı yarımmüdafiəçi matçdan sonra bu haqda fikirlərini belə bildirib:
"Putin mənim prezidentimdir. Ona böyük hörmətim var. Onun yanında olduğumu göstərmək istədim".
saytlarin hazirlanmasi