Elvin Məmmədov, Dİeqo Souza və Təmkin Xəlilzadə
"Zirə" Premyer Liqanın XXII turunda səfərdə "Xəzər Lənkəran"la keçiriləcək matçın hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, bu oyun öncəsi paytaxt təmsilçisinin heyətində ciddi itkilər var. Belə ki, "qartallar" cənub təmsilçisi qarşısına 3 əsas oyunçusunundan məhrum çıxacaq.
XXI turda "Rəvan"la matçda zədələnərək meydanı tərk edən Elvin Məmmədovun durumuna aydınlıq gəlib. Millimizin üzvünün zədəsinin ciddi olmadığı aşkarlanıb. Təcrübəli yarımmüdafiəçi 2-3 gündən sonra komanda ilə birlikdə məşqlərə qoşula biləcək. Lakin o, "Xəzər Lənkəran"la matçda oynaya bilməyəcək.
Uzun müddətdir zədədən əziyyət çəkən Dieqo Souzada Lənkəranda meydana çıxa bilməyəcək. Ağrıları olan braziliyalı komandasına kömək edə bilməyəcək.
"Rəvan"la matçda sarı vərəqə ilə cəzalandırılan Təmkin Xəlilzadə də cəza səbəbindən "Xəzər Lənkəran"a qarşı oynamayacaq.
saytlarin hazirlanmasi