İbrahimoviç adını ÇL-nın tarixinə yazdırdı

16:26 - 17 Fevral 2016

Ardıcıl 10 il turnirdə qol vurub

 

Ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən PSJ - "Çelsi" matçı meydan sahiblərinin futbolçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, matçın 39-cu dəqiqəsində fərqlənən isveçli forvard  adını ÇL-in tarixinə yazdırıb. Belə ki, təcrübəli hücumçu ardıcıl 10 il qitənin bir nömrəli yarışında qol vuran tək futbolçudu.

Qeyd edək ki, sözügedən qarşılaşma 2:1 hesabı ilə Paris təmsilçisinin xeyirinə başa çatıb.

Xəbər xətti