"Xəzər Lənkəran"ın "Zirə" hazırlığı

16:12 - 18 Fevral 2016

Əhval ruhiyyə yüksəkdi

 

Premyer Liqanın XXII turunda “Zirə”ni qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda arxada qalan müddətdə gündə iki dəfə olmaqla ağır məşqlər edib. Səhərlər fiziki, günün ikici yarısında isə əsasən toplu çalışmalardan ibarət olan hazırlıq prosseslərindən artıq gündəlik bir məşq proqramına keçilib.

 

Fevralın 18-də saat 11:00-da baş tutan yüngül məşq də bu proqrama uyğun müəyyənlədirilib. “Qarabağ” və “Neftçi” ilə səfərdə keçirilən ağır oyunlardan sonra komanda özünü toparlaya bilmişdir. Hazırda futbolçuların əhval ruhiyyəsi yüksəkdir.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” fevralın 21-də doğma meydanda “Zirə” ilə qarşılaşacaq.  (12cioyuncu.info)

Xəbər xətti