"Lokomotiv" təxribatçı futbolçunu cəzalandırdı

11:44 - 19 Fevral 2016

300 min avro cərimə edildi
 
"Lokomotiv" Moskva klubu futbolçusu Dmitri Tarasovu cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, rusiyalı yarımmüdafiəçi Avropa Liqasında "Fənərbaxça" ilə oyundan sonra etdiyi təxribatçı hərəkətə görə, klubu tərəfidən 300 min avro məbləğində cərimələnib.
 
Xatırladaq ki, Avroliqanın 1/16 final mərhələsinin “Fənərbaxça” ilə İstanbulda keçirilən matçda Tarasov üzərində Rusiya prezidenti Vladimir Putinin şəklinin əks olunduğu formanın üzərində “Ən nəzakətli prezident” sözlərini nümayiş etdirmişdi.
 
Qeyd edək ki, UEFA da Tarasovun bu hərəkəti ilə bağlı araşdırmalar aparır.

Xəbər xətti