"Artıq 18 aydır ki, burdayam"
Avroliqanın 1/16 final mərhələsinin ilk matçında "Midtyulland"a 2 - 1 hesabı ilə məğlub olan "Mançester Yunayted"in baş məşqçisi Lui van Qal oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis zəif çıxış etdiklərini bildirib:
"Azarkeşlərimizi başa düşürəm. Belə soyuq havada bizi tək qoymadılar. Biz isə çox zəif oynadıq. Ancaq biz daha da güclü olsaq, onlar da bizi dəstəkləyəcəklər. Artıq 18 aydır ki, burdayam. Hər həftə fərqli heyətlə oynamağa məcburam. 14 futbolçum zədədən əziyyət çəkir".
saytlarin hazirlanmasi