Sabah toplanacaq
Azərbaycan Premyer Liqasının XXII turunda doğma meydanda “Zirə”yə 0:2 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportal.az xəbər verir ki, sabah yenidən doğma şəhərdə bir araya gələcək komanda qarşıdakı günlərdə Lənkərandakı bazasında hazırlaşacaq. Fevralın 26-da komanda Qəbələyə yollanacaq.
Qeyd edək ki, "Qəbələ" - "Xəzər Lənkəran" matçı fevralın 27-si saat 17:00-da start götürəcək.
saytlarin hazirlanmasi